Neft yeni rekorda doğru

01 May, 2019 09:50 | İqtisadiyyat | Baxış sayı: 50
Birja
Birja

"Qara qızıl"ın qiyməti 75 dollara çatır

Azərbaycan neftinin qiyməti bahalaşıb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,32 dollar artaraq 74,53 dollar təşkil edib.

Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

“Light” markalı xam neftin bir barrelinin qiyməti 64 dolları keçib. Bu neftin bir barreli hazırda Nyu-Yorkun NYMEX birjasında 64,01 dollara alıcı axtarır.

“Brent”in bir barreli isə Londonun ICE birjasında 72,87 dollara satılır.

Neftin qiyməti Venesueladakı proseslər və Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid əl-Falihin neft hasilatının azaldılmasına dair sazişin müddətinin cari ilin sonunadək artırılmasının mümkünlüyünü açıqlaması fonunda bahalaşır.