Neft rekorda gedir

01 May, 2018 13:22 | İqtisadiyyat | Baxış sayı: 148
Neft
Neft

Dünya birjalarında neftin qiyməti bahalaşıb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,49 dollar bahalaşaraq 75,95 dollar olub.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,17 dollar bahalaşaraq 74,86 dollara çatıb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,20 dollar artaraq 68,77 dollar təşkil edib.