Azərbaycanı koronavirusdan qoruyan əsas vasitə

01 Aprel, 2020 15:22 | İqtisadiyyat | Baxış sayı: 870

Bakını keçmiş SSRİ ölkələri arasında birinci edən səbəb

Bu ilin mart ayında keçmiş SSRİ ölkələri arasında valyutası ABŞ dolları qarşısında sabit qalan iki ölkədən biri Azərbaycan olub.

İstiPress-in məlumatına görə, məsələyə xüsusi məqalə həsr edən “Vesti.ru” portalı qeyd edir ki, ən çox gürcü larisi düşüb (-15,04%). Onun ardınca Qazaxstan tenqesi (-14,93%), Belarus rublu (-13,96%), Rusiya rublu (-13,82%), qırğız somu (-13,56%), Ukrayna qrivnası (-12,47%), erməni dramı (-5,13%), tacik somonisi (-5,10%), moldav leyi (-2,20%) və özbək sumu (-0,29%) gəlir.

Portala müsahibə verən "Alpari" mərkəzinin aparıcı analitiki  Vadim İosubun sözlərinə görə, postsovet valyutalarının bu cür düşüşünün səbəbi aydındır - koronavirus pandemiyasının yaratdığı fırtınanın ardınca iqtisadi böhran başladı və neft qiymətləri kəskin düşdü.

İqtisadiyyatı neftdən asılı olan Azərbaycanı bu təlatümlərdən neft gəlirlərinin Dövlət Neft Fondunda toplanaraq dövlət büdcəsinə planlı şəkildə köçürülməsi xilas edib. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, Neft Fondu Azərbaycanın iqtisadi təhlükəsizlik yastığıdır.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban

Onun fikrincə, bu il Dövlət Neft Fondundan büdcəyə transfertlər artırılacaq: “Bu il Neft Fondundan 11,35 mlrd manat dövlət büdcəsinə transfert nəzərdə tutulmuşdu. Dünən Dövlət başçısı iqtisafiyyat nazirinə dövlət büdcəsində dəyişikliklr edilməsinə baxılmasını tapşırdı. Çox güman ki, Neft Fondundan transfertlərin həcmi 15 mlrd manata qədər artırılacaq: 2,5 mlrd koronavirusla mübarizə tədbirləri və 1,5 mlrd manat da neftin qiymətinin kəskin ucuzlaşması nəticəsində büdcənin birbaşa və dolayısı ilə ala bilməyəcəyi itkiləri əvəzləmək üçün”.

Dövlət Neft Fondundan büdcəyə transfertlər
Dövlət Neft Fondundan büdcəyə transfertlər

İlham Şabanın sözlərinə görə, indiyə qədər Neft Fondundan büdcəyə $100 mlrd vəsait köçürülüb.