Neft rekorda doğru

01 Mart, 2019 11:00 | İqtisadiyyat | Baxış sayı: 73
Neftçi
Neftçi

Qiymət 67 dolları ötür

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,36 dollar ucuzlaşaraq 66,03 dollara çatıb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,41 dollar artaraq 57,63 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,35 dollar geriləyərək 67,62 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.