İş adamının oğlu puldan xalça toxudu

01 Fevral, 2019 19:45 | İqtisadiyyat | Baxış sayı: 312
Puldan "toxunmuş" xalça
Puldan "toxunmuş" xalça

Evdə açı qalmış seyfin macərası

Rusiyanın Nijnekamsk şəhərində iş adamı Ramis Ziqanşinin oğulları onun açıq qoyduğu seyfdən pulları götürərək xalça kimi yerə düzüblər. 

İstiPress-in "KP"yə istinadən məlumatına görə, Ziqanşin öz "İnstagram" səhifəsində azyaşlı uşaqlarının çəkdiyi videonu yerləşdirib.

Videonun müəllifi - biznesmenin böyük oğlu Ruslan videoda atasına müraciət edir və bildirir ki, anası evdə seyfi yenə açıq qoyub və onlar qardaşı ilə birlikdə atalarına  sürpriz hazırlamağı qərara alıblar.