"Neftçi" "Qalatasaray"a rəqib oldu

31 Avqust, 2020 15:21 | İdman | Baxış sayı: 90
Futbol topu
Futbol topu

"Neftçi" komandasının UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi bəlli olub. 

İstiPress-in məlumatına görə, flaqman bu raundda Türkiyənin "Qalatasaray" klubu ilə üz-üzə gələcək. Oyun sentyabrın 17-də Bakıda keçiriləcək. 

Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin oyunları sentyabrın 17-də olacaq. "Neftçi" I təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Şkupi"ni mübarizədən kənarlaşdırıb - 2:1.