“Mauqli” Avropa çempionu adını qazanıb
Azərbaycanlı idmançı “King of Kings” oldu. Mayın 30-da Moskvada kikboksinq üzrə "JARA Fight Show" turniri keçirilib. Döyüş "Vegas City Hall" kompleksində baş tutub.
Peşəkar kikboksçu, çoxqat dünya çempionu, “Mauqli” ləqəbli azərbaycanlı Zabit Səmədov turnirdə fransalı “Crazy Horse” ləqəbli Freddi Kemayoya qalib gələrək "King of Kings" versiyası üzrə Avropa çempionu adını qazanıb.
Səmədov 50:46 hesablı qələbə əldə edib. Bu onun sayca 99-cu qələbəsi olub.
Xatırladaq ki, döyüşdən öncə Çeçenistan rəhbəri Ramzan Kadırov “ВКонтакте” şəbəkəsindəki şəxsi səhifəsindən yaxın dostu olan Səmədova dəstək verib. “Biz qarşıdakı döyüşü səbirsizliklə gözləyirik və əlbəttə, inanırıq ki, Zabit Səmədov rinqdə qələbələr seriyasını davam etdirəcək. O, sarsılmaz qələbə əzminə malik olan döyüşçüdür".