Azərbaycanlı qrossmeyster dünyanın ən güclü üçlüyündə

30 Noyabr, 2017 17:13 | İdman | Baxış sayı: 110
Şəhriyar Məmmədyarov - beynəlxalq  qrossmeyster
Şəhriyar Məmmədyarov - beynəlxalq qrossmeyster

FİDE dekabr üçün reytinq cədvəlini açıqlayıb

Beynəlxalq Şahmat Federasiyası (FİDE) dekabr üçün reytinq cədvəlini açıqlayıb.

İstiPress-in məlumatına görə, kişi şahmatçıların siyahısında Şəhriyar Məmmədyarov Azərbaycanın müstəqillik tarixində ilk dəfə dünyanın 3 ən güclüsü sırasında yer alıb. Ötən ayla müqayisədə 1 pillə irəliləyən qrossmeyster 2799 xalla Maqnus Karlsen (Norveç, 2837) və Levon Aronyanı (Ermənistan, 2805) izləyir.
 
Teymur Rəcəbov 17-ci (2748), Rauf Məmmədov 40-cı (2709), Arkadi Naydiç 43-cü (2705) pillədə yer alıb.