Cüdoçumuz Adamyanı 78 saniyədə ippon etdi

30 Avqust, 2019 14:29 | İdman | Baxış sayı: 100
elmar qasimov
elmar qasimov

Erməni Arman Adamyan Rusiyanı təmsil edib

Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında bu gün Azərbaycanın iki cüdoçusu mübarizəyə qoşulub. 100 kq çəki dərəcəsində yer alan Elmar Qasımov və Zelim Kotsoyev tatamiyə çıxıblar.

E.Qasımov 1/32 finalda belaruslu Daniel Mukete ilə üz-üzə gəlib və qızıl xalla qələbə qazanıb. Onun növbəti rəqibi Rusiyanı təmsil edən erməni Arman Adamyan olub. İdmançımız ermənini 78 saniyəyə ippobla məğlub edərək, növbəti mərhələyə yüksəlib.

Bu mərhələdə E.Qasımov braziliyalı Rafael Buzakarinini də ipponla məğlub edib. 1/4 finalda hollandiyalı Mixael Korreldən üstün olan cüdoçumuz adını yarımfinala yazdırıb. Bu mərhələdə o, portuqaliyalı Jorje Fonseka ilə görüşəcək.

Digər cüdoçumuz Zelim Kotsoyev isə braziliyalı Leonardo Qonsalveşdən üstün olub. 1/16 finalda isə o, yaponiyalı Aaron Volfa məğlub olaraq, mübarizəni dayandırıb.

Xatırladaq ki, hazırda yığmamızın hesabında bir gümüş və bir bürünc medal var.