UEFA prezidenti: "Bakıda hər şey yaxşı təşkil edilib"

30 May, 2019 09:40 | İdman | Baxış sayı: 54
Aleksandr Çeferin
Aleksandr Çeferin

"Azərbaycan dövləti bütün təminatları verdi"

"Bakı finala tamamilə hazırdır. Hər şey yaxşı səviyyədə təşkil edilib". Bunu UEFA prezidenti Aleksandr Çeferin Bakıda təşkil edilən mətbuat konfransında deyib.

UEFA prezidenti Ermənistan mətbuatının Mxitaryan Azərbaycan üzərinə diplomatik hücum təşkil edə bilməsi haqqında yazdıqlarını da şərh edib. "Bu məsələni şərh etmək istəmirəm. Erməni mətbuatının yazdığı məni maraqlandırmır. Azərbaycan dövləti bütün təminatları verdi. Mxitaryanın şəxsi qərarı idi bura gəlməmək. Heç bir problem görünmürdü".

Qeyd edək ki, Bakıda təşkil olunan görüşdə “Çelsi” komandası “Arsenal”ı 4:1 hesabı ilə məğlub edərək UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün qalibi olub.