Rusiyanın ən məşhur azərbaycanlısından üzücü xəbər

30 May, 2018 12:33 | İdman | Baxış sayı: 164
Aleksandr Səmədov
Aleksandr Səmədov

"Kariyeramı bitirə bilərəm"

Rusiya millisinin futbolçusu Aleksandr Səmədov pərəstişkarlarını kədərləndirib. İstiPress-in məlumatına görə, Azərbaycan əsilli oyunçu kariyerasını bitirmək niyyətindədir. 

Futbolçu növbəti  mövsümün nəticəsinə uyğun olaraq qərar verəcək. Bu barədə Səmədov özü müsahibəsində bildirib. 

O, qeyd edib ki, "Spartak" ilə müqaviləsi bir ildən sonra bitir. Bu zaman isə 35 yaşı olacaq. Məhz bu zaman o kariyerası ilə bağlı önəmli qərarı verəcək.