İlham Əliyeva "Qızıl orden" verildi

30 Aprel, 2018 09:20 | İdman | Baxış sayı: 54
Prezidentə “Qızıl Orden” təqdim edildi
Prezidentə “Qızıl Orden” təqdim edildi

Prezident Dünya Güləş Birliyinin prezidenti ilə görüşüb

Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçi qəbul edib. Nenad Laloviç dövlətimizin başçısını prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib. Nenad Laloviç Bakıda Formula 1 yarışlarının yüksək səviyyədə təşkil edildiyini vurğulayıb. O, məmnunluq hissi ilə qeyd edib ki, Azərbaycan güləş idman növündə dünyanın ən aparıcı ölkələri sırasındadır.

Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafının sağlam gənc nəslin və perspektivli idmançıların yetişməsi baxımından böyük önəm daşıdığını bildirib, Azərbaycan idmançılarının müxtəlif sahələrdə, o cümlədən güləş idman növündə böyük uğurlar qazandığını məmnunluqla qeyd edib.

Nenad Laloviç müxtəlif illərdə güləş idman növündə xidmətlərinə görə və birlik tərəfindən seçilmiş fəxri insanlar üçün təyin olunmuş Dünya Güləş Birliyinin ən ali mükafatı “Qızıl Orden”i dövlətimizin başçısına təqdim edib.