Makqreqorla döyüşün "mükafatı" - 9 ay cəza, 500 min dollar cərimə

30 Yanvar, 2019 09:33 | İdman | Baxış sayı: 64
Həbib Nurməhəmmədov
Həbib Nurməhəmmədov

"Əsrin döyüşü"nün qalibi olan Həbibin cəzası açıqlandı

UFC çempionu Həbib Nurməhəmmədovun cəzası açıqlandı. O, 9 ay müddətinə yarışlardan diskvalifikasiya edilib. ABŞ-ın Nevada ştatının Atletika Komissiyası (NSAC) belə qərar qəbul edib.

Yüngül çəkidə çıxış edən rusiyalı UFC çempionu Həbib Nurməhəmmədovu Las-Veqasda keçirilən UFC 229 turnirində irland Konor Makqreqorla titul döyüşündən sonra saldığı davaya görə yarışlarda iştirakdan məhrum edilib. Həbib rinqə payaızdan tez qayıtmağı planlaşdırmır. 

Bundan başqa, Həbib 500 min dollar cərimə ödəyəcək.

Xatırladaq ki, ən güclü idmançılar hesab edilən rusiyalı Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqor arasında döyüş ötən ilin oktyabr ayında baş tutub. Əsrin döyüşü kimi xarakterizə edilən yarışın qalibi Həbib olub.