Çadra geyinməkdən imtina etdi, çempionluq əldən getdi

29 Dekabr, 2017 10:25 | İdman | Baxış sayı: 107
Anna Muzıçuk
Anna Muzıçuk

Ukrayanalı şahmatçı "başqalarının qaydaları ilə" oynamaq istəmir

Ukraynalı şahmata ustası çadra geyinməyi rədd etdiyi üçün çempionluğunu itirə bilər. İstiPress-in məlumatına görə, Anna Muzıçuk Səudiyyə ərəbistanında keçiriləcək çempionatda iştirakdan imtina edib. Buna səbəb kimi isə çarşab geyinmək istəməməsini göstərib.

İdmançı bu barədə açıqlamanı öz sosial şəbəkədəki səhifəsində verib. O, "çadra ilə küçələrdə kişilərin müşayiəti ilə gəzərək başqalarının qaydalarına görə oynama" niyyətində olmadığını açıqlayıb. Muzıçuk ərəb ölkələrində qadın haqlarının məhdudulaşdırılması ilə etirazını bu yolla dilə gətirib. Lakin bu etiraz ona baha başa gələ bilər. Ukraynalı şahmatçı iki nominasiyada çempionluğunu itirməklə üz-üzə qalıb.

Xatırladaq ki, Annanın bacısı Mariya da bu il eyni səbəbləri gətirərərk İranda keçirilən turnirə qatılmaqdan imtina etmişdi.