“Çempionların çempionu” mükafatının sahibləri müəyyənləşib

29 Dekabr, 2016 03:02 | İdman | Baxış sayı: 33
“Çempionların çempionu” mükafatının sahibləri müəyyənləşib
“Çempionların çempionu” mükafatının sahibləri müəyyənləşib

Useyn Bolt və Simon Biles hamını qabaqlayıb

Dünyanın ən yaxşı idmançılarının adları açıqlanıb.

İstiPress xəbər verir ki, Fransanın “L’EQUİPE” nəşrinin sorğusuna əsasən, 2016-cı il Rio Yay Olimpiya Oyunlarının qalibləri planetin ən yaxşıları seçiliblər.

Belə ki, yamaykalı atlet Useyn Bolt ilin ən yaxşı kişi idmançısı nominasiyasında qalib olub. Xanım atletlərdən isə amerikalı gimnast Simon Biles hamını qabaqlayıb. Hər iki atletə “Çempionların çempionu” mükafatı veriləcək.

Xatırladaq ki, U. Bolt artıq beşinci dəfədir ki, bu titula yiyələnib. O, bundan əvvəl 2008, 2009, 2012 və 2015-ci illərdə də dünyanın ən yaxşısı seçilib.