DÇ-nin ən pis komandası - günah orucdadır

29 İyun, 2018 11:25 | İdman | Baxış sayı: 143
Panama azarkeşi
Panama azarkeşi

16 komanda mundialı tərk edib

Rusiyada keçirilən Dünya Çempionatının ən pis komandasının adı açıqlanıb. İstiPress-in məlumatına görə, qrup mərhələsinin nəticəsinə görə, 16 yığma mundialı tərk edib. Onlar Səudiyyə Ərəbistanı, Misir, İran, Mərakeş, Peru, Avstraliya, Nigeriya, Serbiya, Kosta Rika, Cənubi Koreya, Almaniya, Panama, Seneqal, Polşa və s-dir. 

Onların arasında ən pis nəticə göstərən isə Panama olub. Yığma heç bircə xal belə qazana bilməyib. Misir də öz qrupunu sıfır xalla tərk edib. 

Maraqlıdır ki, Misirin Futbol Federasiyasının rəhbəri bunun günahını futbolçuların oruc tutmasında görüb. Hani Ebu Ridanın sözlərinə görə, Ramazan ayı oyunçuların performansına pis təsir edib. Ramazan ayı oyunlar başlamazdan bir gün öncə bitsə də, oruc tutmaq futbolçulara təsirsiz ötüşməyib. 

"Çempionatdan öncə oyunçularla danışdım. Onlardan orucu dayandırmalarını istədim. Ancaq razılaşmadılar. Ancaq əminəm ki, ərəb ölkələrinin çoxundan olan futbolçular çempionata görə oruc tutmayıb".