Generaldan Bakıya gələn turist qadınlara sürpriz

29 May, 2019 16:57 | İdman | Baxış sayı: 255

Kişilərə də xüsusi hədiyyə hazırlanıb

Dövlət Sərhəd Xidmətinin əməkdaşları bu gün Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçını izləmək üçün Azərbaycana gələn turistləri xüsusi hədiyyələrlə qarşılayırlar. 

İstiPress-in məlumatına görə, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin göstərişi ilə əməkdaşlar, xanım azarkeşlərə gül dəstələri, kişilərə isə üzərində “Tofiq Bəhramov - 1966” sözləri yazılmış brelok hədiyyə edirlər.