Türkiyə klub prezidenti koronavirusdan öldü

29 Aprel, 2020 16:08 | İdman | Baxış sayı: 128
Turgay Kalyoncu
Turgay Kalyoncu

Turgay Kalyoncu şəkərli diabet və xroniki xəstəlikdən əziyyət çəkirdi

Türkiyənin "Zeytinburnu Telsizspor" klubunun prezidenti Turgay Kalyoncu dünyasını dəyişib. 

İstiPress-in məlumatına görə, buna koronavirus səbəb olub. O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 

Qeyd edək ki, Turgay Kalyoncu şəkərli diabet və xroniki xəstəlikdən əziyyət çəkirdi. Onun sabah Zeytinburnunda dəfn olunacağı bildirilir