Azərbaycan idmançısının olimpiya medalı əlindən alındı

29 Mart, 2019 19:07 | İdman | Baxış sayı: 150
Valentin Xristov
Valentin Xristov

Beynəlxalq Olimpiya Komitəsinin saytı məlumat yayıb

Azərbaycan ağırlıqqaldıranı Valentin Xristov 2012-ci il London Yay Olimpiya Oyunlarında qazandığı bürünc medaldan məhrum edilib.

İstiPress-in məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin saytı məlumat yayıb.

Komitənin İntizam Komissiyası idmançının Olimpiya oyunları zamanı dopinqdən istifadə etdiyini təsdiqləyib. Bu səbəbdən onun nəticələri ləğv edilib.

Qeyd edək ki, Valentin Xristovdan alınan olimpiya medalı həmin yarışda 4-cü yeri tutmuş vyetnamlı Tran Le Kuok Toana verilib.