"El Klasiko" 11 il sonra bir ilk

28 Oktyabr, 2018 10:39 | İdman | Baxış sayı: 72
Ronaldo və Messi
Ronaldo və Messi

"Barselona” - "Real Madrid” oyunu Messi və Ronaldosuz olacaq

Bu gün İspaniya La Liqasının ən maraqlı oyunlarından biri baş tutacaq. "Barselona” - "Real Madrid” matçı hər zamankından fərqli keçiriləcək.

Belə ki, "El Klasiko" adlandırılan bu matç son 11 ildə ilk dəfə Lionel Messi və Kriştiano Ronaldo olmadan keçiriləcək. Argentinalı oyunçu zədəlidir, portuqaliyalı isə bu mövsümdə “Yuventus”a transfer olub.

Oyun Bakı vaxtı ilə saat 19:15-də "Nou Kamp" stadionunda başlayacaq.

Xatırladaq ki, yüz ilə yaxın müddətdə bu iki komanda rəsmi turnirlərdə 237 dəfə üz-üzə gəlib. Bu oyunların 95-də "Real Madrid”, 93-də isə "Barselona” qələbə qazanıb.

Vurulan qolların nisbəti də “Kral klubu”nun xeyrinədir - 401:387.