Azərbaycanın Avropa qələbəsi

28 Avqust, 2017 07:40 | İdman | Baxış sayı: 98
Kamran Şahsuvarlı
Kamran Şahsuvarlı

Kamran Şahsuvarlı mundiala qələbə ilə başlayıb

Almaniyanın Hamburq şəhərində kişi boksçular arasında dünya çempionatı davam edir. Mundialın 3-cü günündə Azərbaycan millisinin 2 üzvü mübarizəyə qoşulub.

Azərbaycan Boks Federasiyasından İstiPress-ə bildirilib ki, 75 kiloqram çəki dərəcəsində rinqə çıxan Kamran Şahsuvarlı səkkizdəbir final mərhələsi çərçivəsində keçirilən döyüşdə Maks Van der Pasla (Hollandiya) üz-üzə gəlib. Gərgin keçən görüş Olimpiya mükafatçımızın qələbəsi ilə başa çatıb. K.Şahsuvarlı rəqibini 3:2 hesabı ilə məğlub edib. O, dörddəbir finalda kolumbiyalı Xorxe Vivas Palasiosla qüvvəsini sınayacaq. Döyüş avqustun 29-da baş tutacaq.

Şahsuvarlıdan fərqli olaraq, Lorenzo Sotomayorun debütü uğurlu alınmayıb. 64 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz səkkizdəbir final səddini keçə bilməyib. O, çətin keçən görüşdə misirli Eslam Muhamedə 2:3 hesabı ilə məğlub olub.