"Çelsi" Bakıda

28 May, 2019 09:05 | İdman | Baxış sayı: 40
"Çelsi"nin nümayəndəsi
"Çelsi"nin nümayəndəsi

Bu gün komanda Bakı Olimpiya Stadionunda məşqə çıxacaq

Sabah UEFA Avropa Liqasının final matçında "Arsenal"la üz-üzə gələcək İngiltərənin "Çelsi" komandası Bakıya gəlib.

"Zadəganlar"ı Londondan Bakıya gətirən təyyarə gecə saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. Bu barədə klubun "Tvitter" səhifəsində məlumat yerləşdirilib. 

"Çelsi" bu gün saat 21:00-da Bakı Olimpiya Stadionunda məşqə çıxacaq. Məşqdən 45 dəqiqə əvvəl baş məşqçi Mauritsio Sarri və 2 futbolçunun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Xatırladaq ki, "Arsenal" "Çelsi" qarşılaşması mayın 29-da keçiriləcək.