Bakıda F2-də zəncivari qəza

28 Aprel, 2019 13:59 | İdman | Baxış sayı: 163

Üç pilot yarışı yarımçıq dayandırmalı olub

Bakıda Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində Formula 2 üzrə ikinci yarışda zəncirvari qəza baş verib.

İsti-in məlumatına görə, yarış zamanı üç bolid toqquşub. Belə ki, “BWT Arden” komandasının xanım pilotu Tatiana Qalderon, “Trident” komandasının pilotu Ralf Trident və “Carlin” komandasının pilotu Luiz Deletrazın idarə etdiyi bolidlər toqquşub.

Hər üç pilot yarışı yarımçıq dayandırmalı olub.

Qeyd edək ki, Bakıda Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 üzrə ikinci yarışa start verilib.

Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 10 komanda birincilik uğrunda mübarizə aparır.