Həbibi məğlub edən azərbaycanlı idmançı niyə öldü?

28 Yanvar, 2019 11:50 | İdman | Baxış sayı: 248
Xamis Məmmədov
Xamis Məmmədov

Səhiyyə Nazirliyi Xamis Məmmədovun ölümü ilə bağlı məlumat yaydı

Səhiyyə Nazirliyi idmançı Xamis Məmmədovun ölməsi barədə rəsmi açıqlama yayıb. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, idmançı Xamis Məmmədov 24.01.2019-cu il tarixində Sabunçu rayon 3 saylı şəhər xəstəxanasına kəskin pnevmoniya ilə ağır vəziyyətdə gətirilib. 

Lakin aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq Xamis Məmmədov 26.01.2019-cu il tarixində dünyasını dəyişib. Yaxınları meyitin tibbi ekspertizaya göndərilməsinə qəti etiraz ediblər.

Bu səbəbdən yalnız ilkin rəyə əsasən xəstəyə ağciyərlərin tromboemboliyası diaqnozu qoyulub.

Xatırladaq ki, qaydasız döyüş üzrə dünya çempionu Xamis Məmmədovun ölümünə qripin səbəb olduğu bildirilir. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova faktı təsdiqləyib.

S.Məmmədova bildirib ki, Xamis Məmmədov bir müddət əvvəl sooyuqdəymədən müalicə alıb. Daha sonra xəstəlik şiddətlənib və onun  bədənində iltihabi proses baş verib. Təəssüf ki, idmançı dünyasını dəyişib.

Xamis Məmmədov dünyaca məşhur döyüşçü Həbib Nurməhəmmədovu məğlub edən yeganə azərbaycanlı idi.