“Formula-1”də kütləvi zəhərlənmə

27 Oktyabr, 2019 15:58 | İdman | Baxış sayı: 54
Formula 1
Formula 1

160 adam ağız boşluğu infeksiyasından zərər çəkir

Meksikada “Formula-1” paddokunda 160-a yaxın insan zəhərlənib.

İstiPress-in məlumatına görə, ağız boşluğu infeksiyasından zərər çəkənlərin çoxu “Maklaren”, “Reno”, və “Toro Rosso” komandalarının üzvləridir.  

“Toro Rosso”nun pilotu Pyer Qasli, özünü pis hiss etməsinə baxmayaraq, şənbə günü keçiriləcək sərbəst yürüş və kvalifikasiyalara hazırlaşır. “Porşe”nin pilotu Tatyana Kalderon isə sağlamlıq durumu ilə əlaqədar sərbəst yürüşdə iştirak edə bilməyəcək.

Qeyd etmək lazımdır ki, xəstələnənlərin sayı daim artmaqdadır. Oktyabrın 25-də “Formula-1” personalında da virus infeksiyası aşkarlanıb.