Böyrək çatışmazlığından əziyyət çəkir
Böyrək çatışmazlığından əziyyət çəkən karate üzrə Avropa çempionu Ayxan Mamayev müalicə üçün Türkiyəyə aparılıb.
İstiPress-in məlumatına görə, bu barədə idmançının özü sosial şəbəkə hesabında məlumat verib.
“Hər kəsə cavab yaza bilmirəm. Dəstəyiniz üçün, maraqlandığınız üçün çox sağ olun. Türkiyədəyəm. Düzələcəyəm İnşallah. Dua edin”, - idmançı İnstaqramda qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl “Qafqazinfo”ya açıqlama verən Mamayev buna qədər belə problemlə üzləşmədiyini və böyrək köçürülməsinə ehtiyac olmayacağını demişdi.