Azərbaycanlı güləşçi 1 dəqiqədə dünya çempionu oldu

27 Oktyabr, 2018 09:55 | İdman | Baxış sayı: 72
Eldəniz Əzizli
Eldəniz Əzizli

Eldəniz Əzizli rəqibini 10:0 hesabı ilə məğlub edib

Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Finalda o, qırğızıstanlı idmançı Jolaman Şarşenbekova 10:0 hesabı ilə qalib gəlib. Qələbə üçün Eldənizə 1 dəqiqədən də az vaxt tələb olunub.

Bu, Azərbaycanın hazırkı dünya çempionatında ilk qızıl medalı olub.

2015-ci ilin dünya çempionu Rəsul Çunayev isə 72 kq çəki dərəcəsində bürünc medal qazanıb. Ardıcıl olaraq yaponiyalı Tomohiro İnoeni və iranlı Məhəmmədəli Gerayini məğlub edən Çunayev yarımfinalda almaniyalı Frank Steblerə uduzsa da, medal qarşılaşmasında Abuyazid Mantsiqovu 4:3 hesabı ilə məğlub edib. Bu, 27 yaşlı idmançının 4 ildən sonra ikinci dünya "bürünc"ü olub.