Azərbaycan güləşçisi serbiyalı idmançını məğlub edi
Azərbaycan sərbəst güləşçisi Mahir Əmiraslanov "Minsk 2019" II Avropa Oyunlarında Azərbaycana ilk qızıl medalı qazandırıb.
İstiPress-in məlumatına görə, 57 kq çəkidə yer alan Əmiraslanov finalda serbiyalı Stefan Miçiçi məğlub edib.
Daha əvvəl Hacı Əliyev (65 kq) və Nurməhəmməd Hacıyev (97 kq) finala yüksəlib. Bu gün daha 3 sərbəst güləşçi bürünc medal uğrunda yarışacaq.