Lyuk qəzası olan "Formula 1"də ikinci gün FOTOLAR

27 Aprel, 2019 10:08 | İdman | Baxış sayı: 105
Formula 1
Formula 1

"Formula 2" bolidlərinin paradı olacaq

Bu gün "Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisinin ikinci günüdür. İstiPress-in məlumatına görə, reqlamentə əsasən, cümə günü iki 90 dəqiqəlik sərbəst yürüş olur.

Bu günün proqramında "Formula 2" bolidlərinin paradı və F2 pilotlarının birinci yarışı var. Həmçinin “Alfa Romeo” və “Mercedes” komandalarının pilotlarının avtoqraf sessiyası olacaq.

Raundun sonunda ən zəif göstəriciyə malik 5 maşın kənarlaşdırılır və onlar yarışa son 5 yerdən başlayırlar. İkinci mərhələdə qalan sürücülərə 15 dəqiqə vaxt verilir və bu dəfə yenə ən zəif gəstəriciyə imza atan “beşlik” kənarlaşdırılır. Son mərhələdə qalan 10 pilot 12 dəqiqə ərzində halqanı dövrə edərək, start yerlərini müəyyənləşdirirlər.

Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək. "Formula 1”də əsas yarış aprelin 28-də olacaq və saat 16:00-da başlayacaq. 

Xatırladaq ki, Formula 1 Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.