Məmmədyarov liderdir, Aronyan biabır oldu

27 Mart, 2018 09:30 | İdman | Baxış sayı: 127
Şəhriyar Məmmədyarov
Şəhriyar Məmmədyarov

Bu gün son oyunlar olacaq

Almaniyanın paytaxtı Berlindəki şahmat üzrə İddiaçılar Turnirində bu gün XIII turun görüşləri keçirilib. Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov rusiyalı Aleksandr Qrişukla üz-üzə gəlib. Görüş Məmmədyarovun qələbəsi ilə yekunlaşıb. Bununla da 33 yaşlı qrossmeyster turnirdə üçüncü qələbəsini qazanıb və xallarını 7,5-ə çatdırıb. Hazırda o, rusiyalı Sergey Karyakinlə 2-3-cü yerləri bölüşür.

Turnir cədvəlinə isə yenidən ABŞ-ın digər təmsilçisi Fabiano Karuana başçılıq edir. Karuana ağ fiqurlarla ermənistanlı Levon Aronyanı məğlub edib. Aronyan 4 xalla 8-cidir.

Bu gün sonuncu turun oyunları keçiriləcək. Azərbaycan təmsilçisi turnirin qalibi olmaq üçün Kramniki mütləq yenməli, Karuana və Karyakinin məğlubiyyətlərinə ümid etməlidir.