26 il gözlənilən qələbə, 10 min almazla hazırlanan hədiyyə

27 Fevral, 2018 14:25 | İdman | Baxış sayı: 186
Almazla hazırlanan açıqca
Almazla hazırlanan açıqca

4 min karatlıq almazdan istifadə edilib

Son 26 ildə ilk dəfə Olimpiya oyunlarında final mərhələsində qələbə qazanaraq qızıl medala sahib olan Rusiyanın hokkey komandasına qeyri-adi hədiyyə edilib. İstiPress-in məlumatına görə, idmançılar üçün xüsusi açıqca hazırlanıb. Amma bu açıqca 10 min almazla bəzədilib. Açıqcanın üzərində hokkeyçi təsvir edilib. Onun geyimi, buz parçaları isə almazlarla bəzədilib.

Qeyri-adi hədiyyəni Rusiyanın ən iri almaz istehsalçılarından biri "Alrosa" hazırlayıb. "Biz bu qələbəni 26 il gözləmişik. Hansısa konkret hadisə ilə bağlı çox nadir hallarda kompozisiya hazırlayırıq. Ancaq bu qələbəni qeyd etməyə bilməzdik", deyə dizayner rəssam bildirib.  

Açıqcanın hazırlanması üçün 10 minə yaxın qiymətli qaş lazım olub. Onların ümumi çəkisi 4 min karatdır. Bu isə 800 qram deməkdir.