Azərbaycan idmançılarının 2018-ci idə qazandığı medallar - SİYAHI

26 Dekabr, 2018 17:28 | İdman | Baxış sayı: 37
Olimpiya Oyunlarının medalı
Olimpiya Oyunlarının medalı

Gənclər və İdman Nazirliyi açıqlama yaydı

Azərbaycan idmançıları 2018-ci idə keçirilən beynəlxalq yarışlarda 753 medal qazanıb.

İstiPress-in məlumatına görə, bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Əldə edilən medallardan 263-ü qızıl, 230-u gümüş, 260-ı isə bürüncdür. Medallardan 313-ü (85 qızıl, 90 gümüş və 138 bürünc) olimpiya, 440-ı isə (178 qızıl, 140 gümüş və 122 bürünc) qeyri-olimpiya növlərinin payına düşüb.

Qeyd edək ki, Azərbaycan idmançıları 2017-ci ildə təşkil olunan yarışlarda 851 medal qazanıb. Bunlardan 347-si qızıl, 236-sı gümüş, 268-i isə bürünc olub.