12-13 yaşlı idmançılar arasında dünya birinciliyini qazanıb
Xaçmaz rayonundakı 1 saylı karate məktəbinin yetirməsi, Dünya Layt Kontakt Karate Konfederasiyasının üzvü Orxan Dadaşov 12-13 yaşlı idmançılar arasında birinci olub.
Tbilisi şəhərində keçirilən karate üzrə Dünya çempionatının qalibi olan Orxan Dadaşov rayonun Qaracik-Zeyid kənd məktəbinin 7-ci sinif şagirdidir.
Xaçmazdan bu yaş - karate növü üzrə ilk Dünya çempionu olan Orxan Dadaşov bundan əvvəlki illərdə Avrasiya çempionu, Dünya kubokunun qalibi, 2 dəfə respublika çempionu olub.
Yeniyetmə karateçiyə uğurlar!
Aytəkin Alxaslı/İstiPress-in şimal bürosu