Ansu Fati "Barselona" tarixinə düşdü

26 Avqust, 2019 14:35 | İdman | Baxış sayı: 66
Ansu Fati
Ansu Fati

İlk təbrik Messidən gəldi

Gənc futbolçu 78 illik rekordu yeniləyib. Ansu Fati "Barcelona" tarixinə düşüb. 

"La Liqa"nın ikinci həftəsindəki matçda "Barcelona" Kamp Nouda qəbul etdiyi "Real Betis"i 5-2 hesabı ilə məğlub edib. Oyunun 78-ci dəqiqəsində məşqçinin stadiona buraxdığı Ansu Fati tarixə düşə bilib.

16 yaş 300 günlük oyunçu "Barcelona" tarixində 1941-42 il möövsümündən bəri forma geyinmiş ən gənc kimi tarixə düşüb. Öncəki rekord isə Visenta Martinezə aid idi (16 yaş 200 gün).

Matçın sonunda Fatiyə dünyanın ən yaxşı oyunçusu hesab edilən Lionel Messi sürpriz edib. "Barselona" kapitanı gənc ulduz namizədi gözləyərək onu şəxsən təbrik edib.