Azərbaycan güləşçisi Hacı Əliyev üçqat dünya çempionu oldu

26 Avqust, 2017 07:16 | İdman | Baxış sayı: 84
Hacı Əliyev
Hacı Əliyev

Təmsilçimiz rəqibinə 7:1 hesabı ilə qalib gələrək dünya çempionu olub

Azərbaycan güləşçisi Hacı Əliyev Parisdə keçirilən dünya çempionatında qızıl medal qazanıb.

İstiPress xəbər verir ki, mundialda 61 kiloqram çəki dərəcəsində çıxış edən ikiqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc medalçısı Hacı Əliyev ardıcıl olaraq bütün rəqiblərini mübarizədən kənarlaşdırıb və finala yüksəlib.

Finaladək güləşçimiz Qırğızıstan, Yaponiya, Slovakiya və Kubadan olan rəqiblərini tam üstünlüklə məğlub edib. Həlledici görüşdə rusiyalı pəhləvan Hacımurad Rəşidovla qarşılaşan təmsilçimiz rəqibinə 7:1 hesabı ilə qalib gələrək dünya çempionu olub.