"Qəzəbli mələk" öz rəqibini nokauta saldı - FOTO

26 İyun, 2017 15:21 | İdman | Baxış sayı: 286

Xaçmazlı idmançılar rayona 4 qızıl medalla döndülər

Bu gün Bakı şəhərindəki Şağan Olimpiya Kompleksində Azərbaycan WFMC təşkilatı üzrə 1-ci Beynəlxalq Turnir keçirilib. İstiPress-in şimal bürosunun məlumatına görə, tədbirə Gənclər və İdman Nazirliyi, Azərbaycan Fight Club ve digər nüfuzlu idman təşkilatları dəstək veriblər.

Xarici ölkələrin də təmsil olunduğu və təxminən 325 nəfərin iştirak etdiyi beynəlxalq turnirə Xaçmazın "Azad" idman klubu 4 nəfərlə - Nəzrin Əskərova, İkram Nəcəfov, Arzu Cəfərova və Cabbar Əkbərovla qatılıb. Kikboksçular Sanda döyüş növü üzrə qüvvələrini sınayıblar və yüksək nəticə qazanaraq qızıl medallara yiyələniblər. "Azad" idman klubunun baş məşqçisi Ramin Nəcəfov "İstiPress"ə müsahibəsində bildirib ki, xaçmazlı idmançılar ustalıqla döyüşüblər.

15 yaşlı "Qəzəbli mələk" ləqəbi ilə tanınan Nəzrin özündən yaşca və çəkicə böyük, Bakının "Sağlam" idman klubunun Nailə adlı təmsilçisinin qolunu sındıraraq nokauta salıb. Yeniyetmə idmançı bununla da bir ilə yaxın müddətdə aktivinə 9-cu qızıl medalı yazdırıb.