Bakıda F1-də ilk qəza - lyuka ilişən bolid dağıldı VİDEO, FOTO

26 Aprel, 2019 14:18 | İdman | Baxış sayı: 224
Qəza
Qəza

Bolidi aparmağa gələn evakuator keçidi zədələdi, kran qırıldı, yağı axdı

Formula 1 SOCAR Azərbaycan Qran-Prisində ilk qəza baş verib. Birinci sərbəst yürüşdə “Williams” komandasının pilotu Corc Rassellin bolidi drenaj lyukuna ilişərək sıradan çıxıb.

Marşallar dərhal bolidi xüsusi avtomobillə trasdan kənarlaşdırıblar. Pilot isə pit-leynə qayıdıb.

Məlumata görə, qəza keçirən “Williams” komandasının pilotu Corc Rassellin bolidini aparan evakuasiya maşınının kranı yerüsütü piyada keçidinə ilişib. Nəticədə keçid zədələnib. Kran isə qrılıb və ondan axan yağ bolidin üzərinə tökülüb. Əraziyə ikinci evakuasiya maşını gəlib. Yekunda Rasselin bolidini boksa gətirmək mümkün olub.

Beynəlxalq Avtomobil Federasiyası isə Bakı trekində bütün drenaj lyuklarını yoxlamağı qərara alıb. Trek boyunca lyukların sayının 300-dən çox olduğu bildirilir.

Sərbəst yürüş isə ləğv olunub.