Müsəlman döyüşçüyə məğlub olan Makqreqordan gözlənilməz vida

26 Mart, 2019 12:00 | İdman | Baxış sayı: 111
Konor Makqreqor
Konor Makqreqor

"İdmandan ayrılıram"

Həbib Nurməhəmmədovla döyüşdə məğlub olan irlandiyalı Konor Makqreqor kariyerasına son qoyur. Bu barədə açıqlamanı o özü verib. MMA idmançısı qərarını "Twitter"dən elan edib. 30 yaşlı Makqreqor "qaydasız döyüş növü kimi tanınan idmandan ayrılıram. Bütün keçmiş həmkarlarıma uğurlar diləyirəm", deyə qeyd edib. 

Xatırladaq ki, ötən il oktyabrın 6-da MMA-ın “UFC 229” kateqoriyası üzrə ən güclü idmançıları hesab edilən rusiyalı Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqor arasında döyüş keçirilib. Müsəlman idmançı 4-cü raundda irlandiyalı rəqibini boğucu fəndə salaraq məğlub edib və yüngül çəkidə öz UFC çempionu titulunu qoruyub.

Döyüşdən sonra zalda dava düşüb. Həbib Konora qalib gələndən sonra irlandiyalının ona söz atan və təhqir edən məşqçilərini vurduğu üçün cərimə olunub. Həm o, həm də Makqreqor müvəqqəti olaraq döyüşlərdən kənarlaşdırılıblar. Nurməhəmmədova döyüşdən qazandığı qonorarın cəmi 50 faizi ödənilib.