Həbib Nurməhəmmədovun düşməni Moskvaya gəlib dağıstanlıları təhqir etdi

25 Oktyabr, 2019 09:20 | İdman | Baxış sayı: 89
Konor Makqreqor
Konor Makqreqor

"Onlar qorxaqdırlar, qaçırlar"

"Biz hamımız bilirik ki, dağıstanlılar kimdir. Onlar qorxaqdırlar, qaçandırlar. Ruslardan da qorxurlar, çeçenlərdən də. Həbib də belədir. Bu, onun təbiətindədir. O, burada, Moskvada mətbuat konfransı keçirməkdən qorxub qaçdı”. Bu sözləri Rusiyanın paytaxtı Moskvada ötən il dağıstanlı əlbəyaxa döyüş ustası, dünya çempionu titulunu qoruyub saxlayan Həbib Nurməhəmmədovla görüşdə məğlub olan irlandiyalı Konor Makqreqor deyib.

O, Moskvada  Həbibin ünvanına təhqirqamiz ifadələr səsləndirib. Makqreqor ötən gün Moskvada “Ritz-Karlton” otelində mətbuat konfransı keçirib. Həmin mətbuat konfransında Həbibin də iştirakı elan edilmişdi, amma dağıstanlı döyüşçü irlandiyalı düşməni ilə üzləşmək istəməyib. Makqreqor deyib ki, Həbib onunla Moskvada döyüşməkdən qorxur.

"Bu müharibədir, o hələ bitməyib. Ola bilər ki, sonralar biz barışacağıq. Amma revanş olacaq". 

İrlandiyalı idmançı Moskva ilə daha yaxından tanış olmaq, buradan ev almaq arzusunda olduğunu da deyib. 

Qeyd eədk ki, irlandiyalı döyüşçünün bu açıqlamalarından sonra dağıstanlılar onun qaldığı “Ritz-Karlton” otelini mühasirəyə alıblar. Otelin ətrafında onlarla adam toplaşıb, yaxınlıqda isə OMON növbə çəkir.

Həbib özü hələlik düşməninin hücumlarına cavab verməyib. Amma onun atası və məşqçisi Abdulmanap bildirib ki, Konor Moskvaya döyüşmək üçün gəlsə oğlu onu yenə döyəcək.