Rəsul Çunayev uduzdu, Eldəniz Əzizli finalda

25 Oktyabr, 2018 19:55 | İdman | Baxış sayı: 121

Budapeştdə keçirilən güləş üzrə dünya çempionatının 6-cı günü gərgin keçib

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatı davam edir.

İstiPress-in məlumatına görə, yarışın 6-cı günündə 4 çəkidə yunan-Roma güləşçilərinin mübarizəsinə start verilib. 

Avropa çempionu Eldəniz Əzizli ilk mərhələdə macar rəqibini cəmi 1 dəqiqəyə məğlub edib.

Taleh Məmmədov təsnifat mərhələsində çətinliklə də olsa, norveçli həmkarını üstələyib. Taleh 1/8 finalda erməni həmkarından da güclü olub.

Dünya çempionu Rəsul Çunayev mübarizəyə 1/8 finaldan qoşulub və yapon rəqibinə qalib gəlib.

Rafiq Hüseynov da yarışa 1/8 finaldan başlayıb və bolqar güləşçiylə gərgin keçən görüşdə əzmkar qələbəyə sevinib. Hesabda 0:3 geridə olsa da, yekun nəticə Hüseynovun xeyrinə olub.

55 kq
1/8 final - Eldəniz Əzizli - Liquo Çao (CHN)
Təsnifat - Eldəniz Əzizli - Jozef Andrasi (HUN) 9:0

63 kq
1/4 final - Taleh Məmmədov
1/8 final - Taleh Məmmədov - Slavik Qalstyan (ARM) 3:1
Təsnifat - Taleh Məmmədov - Stiq-Andre Berqe (NOR) 2:1

72 kq
1/4 final - Rəsul Çunayev
1/8 final - Rəsul Çunayev - Tomohiro İnoe (JPN) 3:1

82 kq
1/4 final - Rafiq Hüseynov 
1/8 final - Rafiq Hüseynov - Daniel Tihomirov Aleksandrov (BUL) 4:3

Daha sonra Rəsul Çunayev (72 kq) dörddəbir finalda İran pəhləvanı Məhəmmədəli Gerayını 5:4 hesabı ilə məğlub edib və yarımfınala yüksəlib. Eldəniz Əzizli (55 kq) gürcü rəqibi Nuqzar Surtsumiaya qalib gələrək finala yüksəlib.

Rəsul Çunayev yarımfinalda Almaniya güləşçisi Frank Şteblerə məğlub olub.