"Formula 1" pilotu Bakıda xəstələnib - FOTO

25 Aprel, 2019 19:34 | İdman | Baxış sayı: 55
Formula 1 Azərbaycan Qran Prisi
Formula 1 Azərbaycan Qran Prisi

21 yaşlı sürücü bu gün keçirilən mətbuat konfransına qatılmayıb

“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisində iştirak edəcək Böyük Britaniyanın “Williams” komandasının pilotu Corc Rassell Bakıda xəstələnib.

İstiPress-in məlumatına görə, 21 yaşlı sürücü özünü yaxşı hiss etmədiyi üçün bu gün keçirilən mətbuat konfransına qatılmayıb. Onun sərbəst yürüşlərə qədər istirahət etmək istədiyi bildirilir.

Qeyd edək ki, Azərbaycan Qran-prisi aprelin 26-28-də keçiriləcək.

Corc Rassell
Corc Rassell