Rafael Ağayev ata oldu - FOTOLAR

25 Mart, 2017 10:35 | İdman | Baxış sayı: 265
Rafael Ağayev
Rafael Ağayev

Çempionun oğlu dünyaya gəlib

"Qara brilyant" ləqəbli azərbaycanlı karateçi Rafael Ağayev ata olub.

İstiPress xəbər verir ki, ötən il ailə quran idmançımızın oğlu dünyaya gəlib.

Bu haqda xəbəri sosial şəbəkədə 6 dəfə Dünya çempionu, 5 dəfə Avropa çempionumuz olan Rəşad Hüseynov yazıb. O, həmkarını təbrik edib.

Qeyd edək ki, R. Ağayev 5 dəfə Dünya, 10 dəfə isə Avropa çempionu adını qazanıb. Karateçimiz həmçinin 2013-cü ildə keçirilən Dünya Oyunları və Dünya Döyüş Oyunlarında da qızıl medal qazanıb.