Useyn Boltun medallarından biri əlindən alındı

25 Yanvar, 2017 22:43 | İdman | Baxış sayı: 56
Useyn Boltun medallarından biri əlindən alındı
Useyn Boltun medallarından biri əlindən alındı

Komanda yoldaşına görə idmançının "başı ağrıyıb"

İdman tarixində ən güclü atletlərdən hesab olunan yamaykalı Useyn Boltun 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 4x100 metr yarışında qazandığı qızıl medal onun komanda yoldaşının dopinq testinin nəticələrinin müsbət çıxması ilə əlaqədar əlindən alınıb.

İstiPress BBC-yə istinadən xəbər verir ki, testlər nəticəsində Pekin Olimpiadasında U.Boltun komanda yoldaşı Nesta Karterin qadağan olunan preparatlardan istifadə etdiyi müəyyənləşib. Buna görə də Beynəlxalq Olimpiya Komitəsi həmin yarışda çıxış edən dörd idmançının hamısının - U.Bolt və N.Karterlə birlikdə Asafa Pauellin və Maykl Fraterin də medallarının alınması barədə qərar qəbul edib.

Bu qərardan sonra U.Boltun Olimpiya Oyunlarında qazandığı medalların sayı 9-dan 8-ə düşüb. Həmçinin 2008-ci, 2012-ci və 2016-cı illərdə keçirilən olimpiadalarda 100, 200 və 4x100 metr yarışlarında ardıcıl üç medal qazanaraq tarixə düşən U.Boltun bu göstəricisi də qüvvədən düşüb.