"Messi" komandası üçün 36 qol vurub
FİFA ilin ən yaxşı futbolçusunu müəyyən edib. İspaniyanın "Barselona" komandasının argentinalı hücumçusu Lionel Messi FİFA tərəfindən "İlin ən yaxşı futbolçusu" elan edilib.
Onunla birlikdə bu ada namizədlər siyahısında "Yuventus"un portuqaliyalı hücumçu Kriştianu Ronaldo və "Liverpul"un müdafiəçisi Vircil van Deyk də olub. Mükafatın təqdimetmə mərasimi Milanda keçirilib.
32 yaşlı Messi ötən il "Barselona" ilə İspaniya çempionu olub. Komanda üçün 36 qola imza atan Messi "Qızıl butsi"lərə də sahib çıxmışdı.
"İlin ən yaxşı futbolçusu" səsvermə yolu ilə müəyyən edilib. Səsvermədə jurnalistlər, məşqçilər və millilərin kapitanları iştirak edib.