Azərbaycan cüdoçusu “EYOF Bakı 2019”un finalına yüksəlib

24 İyul, 2019 14:18 | İdman | Baxış sayı: 31
Cüdo
Cüdo

İdmançımız Avstriya, sonra yunanıstanlını ipponla məğlub edib

Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarında Azərbaycan təmsilçisi finala vəsiqə qazanıb.

Oğlanların yarışında uğurla çıxış edən Turan Bayramov (60 kq) yarımfinalda türkiyəli idmançı Muhammed Demirele vazari xalı ilə qalib gələrək finala yüksəlib. İdmançımız finala gedən yolda Adam Saferini (Avstriya), daha sonra yunanıstanlı Mikis Tontimidisi ipponla məğlub edib.

Qadın güləşçimiz Gülşən Bəşirova (44 kq) isə təsəlliverici görüşə qatılıb. İdmançımız birinci qarşılaşmada posalı Nataliya Stoklosanı məğlubiyyətə uğradıb.