Bakı futbolçusu ömürlük futboldan uzaqlaşdırılıb

24 Aprel, 2019 19:57 | İdman | Baxış sayı: 77
Futbol topu
Futbol topu

İbrahim 2010-2013-cu illərdə "Bakı" komandasında çıxış edib

"Bakı" klubunun sabiq futbolçusu İbrahim Karqbo ömürlük futboldan uzaqlaşdırılıb.

İstiPress FIFA-nın saytına istinadən xəbər verir ki, 37 yaşlı oyunçu matçların nəticələrini manipulyasiya etdiyi üçün bu cəzaya məruz qalıb.

Qeyd edək ki, İbrahim Karqbo 2010-2013-cu illərdə "Bakı" komandasında çıxış edib. Sierra Leoneli oyunçu son olaraq İngiltərənin aşağı liqa komandası olan "Dulviç Hamlet"in formasını geyinib. 

İbrahim Karqbo
İbrahim Karqbo