Prezident 16 milyon pul ayırdı

24 Mart, 2018 08:35 | İdman | Baxış sayı: 112
Manat
Manat

Pul tikintiyə sərf edilməlidir

Azərbaycanın daha bir rayoanunda Olimpiya Kompleksi tikiləcək. İstiPress-in məlumatına görə, prezident İlham Əliyev“Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin layihə-smeta sənədlərinin hazırlanması və tikintisinin başa çatdırılması məqsədilə prezidentin 2018-ci il 22 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.9.11-ci yarımbəndində göstərilmiş məbləğin 16,5 milyon manatı Gənclər və İdman Nazirliyinə ayrılıb.