Erməni şahmatçının böyük uğursuzluğu

24 Mart, 2018 16:14 | İdman | Baxış sayı: 202
Levon Aronyan - erməni şahmatçı
Levon Aronyan - erməni şahmatçı

Almaniyanın paytaxtı Berlin şəhərində şahmat üzrə İddiaçılar turnirinin XII turunda erməni şahmatçı Levon Aronyan rus şahmatçı Sergey Karyakinə uduzmaqla finişə 3 tur qalmış nəzəri olaraq iddiaçılıq şansını itirib.

İstiPress-in məlumatına görə, bu gün şahmat üzrə İddiaçılar turnirinin XII turu keçiriləcək. Yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarovun bu turda rəqibi çinli Din Lijen olacaq.  Rəqiblər arasında birinci dövrənin 5-ci turunda keçirilən qarşılaşma heç-heçə yekunlaşıb.

Şəhriyar Məmmədyarov
Şəhriyar Məmmədyarov

Turun oyunları Bakı vaxtı ilə 18:00-da start götürəcək.

İddiaçılar turniri, XII tur

Aleksandr Qrişuk (Rusiya) – Levon Aronyan (Ermənistan)

Sergey Karyakin (Rusiya) – Fabiano Karuana (ABŞ)

Vladimir Kramnik (Rusiya) – Uesli So (ABŞ)

Şəhriyar Məmmədyarov (Azərbaycan) – Din Lijen (Çin)

Turnir cədvəli: Karuana – 7, Məmmədyarov – 6,5, Qrişuk, Karyakin – hər biri 6, Lijen – 5,5, Kramnik – 5, So – 4,5,  Aronyan 3,5