Prezident Ponomaryova orden verdi

24 Fevral, 2020 12:43 | İdman | Baxış sayı: 54
375c7908bbf22d4
375c7908bbf22d4

İdmançı haqqında sərəncam imzalanıb

Prezidenti İlham Əliyev İqor Ponomaryov haqqında sərəncam imzalayıb. Dövlət başçısının sərəncamında deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında idmanın inkişafında xidmətlərinə görə İqor Anatolyeviç Ponomaryov “Şöhrət” ordeni ilə təltif edilsin.

Xatırladaq ki, 24 fevral 1960-cı ildə Bakıda doğulan İqor Ponomaryov "Neftçi Bakı" klubunun üzvü kimi SSRİ-nin olimpiya yığmasının tərkibində 1988-ci il Seul olimpiadasında qızıl medal qazanıb.

Sonradan İsveçə yollanan Ponomaryov yerli "Norrçyopinq" komandasında çıxış edib. Baş məşqçi karyerası ərzində isə o, Azərbaycan yığması, "Qarabağ" və "Xəzər-Lənkəran", eləcə də Rusiyanın "Maşuk-KMV" komandalarına rəhbərlik edib.