Cırılan ayaqqabı 1,5 milyard ziyana saldı FOTO

24 Fevral, 2019 13:25 | İdman | Baxış sayı: 106
"Nike"ın cırılan ayaqqabısı
"Nike"ın cırılan ayaqqabısı

Basketbolçunun "Nike"ı 30 saniyədə parçalandı

Cırılan ayaqqabı dünyanın ən məşhur idman geyimi şirkəti olan "Nike"a baha başa gəldi. Bir ayaqqabıya görə şirkət düz 1,5 milyard dollar ziyana düşüb.

"Gələcəyin LeBron Ceymsi" olaraq təqdim edilən amerikalı basketbolçu Zion Uilliamson yarışa "Nike"in ayaqqabısı ilə çıxıb. Keçmiş prezident Barak Obamanın da izlədyi oyunun 30-cu saniyəsində basketbolçunun ayaqqabının alt hissəsi qopub. Nəticədə 18 yaşlı oyunçu ciddi travma alıb. NBA-nın ulduzu aldığı travmadan sonra oyuna dönə bilməyib. 

Bu hadisə isə kameraların qarşısında baş verib. Görüntülər yayılan anda şirkətin səhmlərinin dəyəri düşüb. Şirkət baş verən hadisə ilə bağlı araşdırma aparacağını açıqlayıb. 

Xatırladaq ki, bu "Nike"ın üzləşdiyi ilk problem deyil. 2014-cü ildə də argentinalı oyunçu Manu Ginobilinin ayaqqabısı matç zamanı parçalanmışdı. 

2015-ci ildə keniyalı atlet Eliud Kipchoge Berlində keçirilən marafonu ayaqqbısına görə məğlub kimi başa vurub. Onun "Nike" markalı ayaqqabısı marafonun 25-ci km-də dağıldığı üçün atlet cırıq ayaqqabı ilə qaçmağa vadar olub. Nəticədə o yeni dünya rekordu qırmaq şansını itirib.